Saat:12:35
Haqqımızda

Xalq artisti dələduzluqla üzləşdi - FOTO

2025-11-27 22:53:54

Xalq artisti dələduzluqla üzləşdi - FOTO

Xalq artisti Mehriban Zəki sosial şəbəkədə ona qarşı edilən dələduzluq cəhdilə bağlı xəbərdarlıq edib.

Hurriyyet.Az xəbər verir ki, Sfera.az-ın məlumatına görə, aktrisa bildirib ki, özünü "Kapital Bank" əməkdaşı kimi təqdim edən naməlum şəxs tərəfindən "WhatsApp" vasitəsilə ona zəng edilib.

Mehriban Zəki həmin nömrələri paylaşaraq izləyicilərini daha diqqətli olmağa çağırıb. O həmçinin qeyd edib ki, şəxsi məlumatlarını həmin şəxslərə təqdim etməyib və ehtiyatlı davranaraq aldatmağa imkan verməyib.