Saat:04:58
Haqqımızda

Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb: Xəsarət alan var

2024-02-08 20:57:37

Xaçmazda təcili yardım avtomobili qəzaya düşüb: Xəsarət alan var

Xaçmazda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.Az APA -ya istinadla xəbər verir ki, Xaçmaz-Quba avtomobil yolunun Ağyazı kəndindən keçən hissəsində VAZ-21015 markalı nəqliyyat vasitəsi VAZ-21014 markalı minik avtomobili ilə toqquşub.

Daha sonra VAZ-21014 markalı nəqliyyat vasitəsi çağırış yerinə gedən “UAZ” markalı təcili tibbi yardım avtomobilinə çırpılıb.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Qəza zamanı VAZ-21014-ün sürücüsü, Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Azad Bəxtiyar oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.181632