"Xaçmaz Rayon Polis Şöbəsi ilə bağlı yayılan məlumatlar həqiqətdən uzaqdır" - DİN

2022-06-15 15:23:00

Bugünlərdə Hurriyyet.az-ın redaksiyasına müraciət edən Xaçmaz rayonu, Xudat şəhəri, Rəşid Behbudov küçəsi, ev 19-da qeydiyyatda olan Aslan Dursun oğlu Kavazov Xudat Şəhər Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən hüquqlarının tapdandığını, zərərçəkmiş olduğu halda ona qarşı cinayət işinin açıldığını bildirib. 

Şikayətçi qeyd edib ki, bir neçə gün öncə Xudat sakinləri Fərid və Amil adlı şəxs tərəfindən hücuma məruz qalıb, bıçaqla hədələnib.

Fərid adlı şəxsin qardaşını da vurduğunu iddia edən Aslan Kavazovun sözlərinə görə, o, bununla bağlı Daxili İşlər Nazirliyinin "102" - Zəng Mərkəzinə məlumat versə də, hadisə yerinə gələn polislər Fəridlə Amili aparmayıblar.

Yazını ətraflı qeyd etdiyimiz linkdən oxuya bilərsiniz (https://hurriyyet.az/az/post/xudat-seher-polis-bolmesi-ve-xacmaz-rayon-polis-sobesinden-sikayet-370553)

"Sosial şəbəkələrdə Xaçmaz Rayon Polis Şöbəsi ilə bağlı yayılan məlumatlar həqiqətdən uzaqdır, böhtan və şantaj xarakterlidir"

Bunu DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal  Talıbov göndərdiyi yazılı açıqlamada bildirib:

“Aslan Kavazov qardaşı, eləcə də qohumları ilə birlikdə Fərid Hüseynovu döyərək ona xəsarətlər yetiriblər və hadisə yertindən fotoşəkillər çəkərək şantaj xarakterli istifadə ediblər. Bununla bağlı foto və audio  faktlar var. Hazırda həmin şikayət üzrə Xaçmaz RPŞ-nin istintaq bölməsində hazırda araşdırma aparılır”.

YƏHYA

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya