Saat:11:04
Haqqımızda

Xabi Alonso Qurban Qurbanova: "Sizi dəstəkləyəcəm" - VİDEO

2024-01-25 23:06:42

Xabi Alonso Qurban Qurbanova:

Xəbər verdiyimiz kimi, “Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Leverkuzen təmsilçisinin çalışdırıcısı Xabi Alonso ilə yenidən görüşüb.

Hurriyyet.Az xəbər verir ki, məşq prosesi zamanı Alonso ona yaxınlaşıb, məşqçilər arasında qısa və səmimi söhbət olub.

İspaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə keçiriləcək oyunlarda “Qarabağ”ı dəstəkləyəcəyini bildirib. Q.Qurbanov da həmkarına həm Bundesliqada, həm də Avropa Liqasında uğurlar arzulayıb. O, “Bayer”in hər iki yarışın qalibi olmasını istədiyini söyləyib.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olub. Həm “Bayer”, həm də “Qarabağ” qrupdan çıxaraq pley-offa yüksəlib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190953