WSJ yazdı: “2023-cü ilin fevralında...” – Ukraynanın planı nədir?

2022-12-23 11:22:00

WSJ yazdı: “2023-cü ilin fevralında...” – Ukraynanın planı nədir?

Hurriyyet.az xəbər verir ki,  “Voll Strit Cornel” (The Wall Street Journal)  nəşri avropalı və ukraynalı mənbələrə istinadla Vladimir Zelenskinin 2023-cü il 24 fevral tarixində, yaxud bu tarixə yaxın bir zamanda sülh planını təqdim eləməyi planlaşdırdığını yazıb. Mənbələrin bildirdiyinə görə, ABŞ, Ukrayna və NATO-nun rəsmi təmsilçiləri Ukraynanın istənilən danışıqlarda Rusiyadan mühüm güzəştlər tələb edəcəyini, buna görə də onun mövqeyinin döyüş meydanındakı vəziyyətdən asılı olacağını və Kiyevin mümkün sülh müqaviləsinə hərbi qələbələr qazanaraq hazırlaşmaq istədiyini bəyan ediblər.

Xatırladaq ki, Amerikada səfərdə olan Vladimir Zelenski  ilə ABŞ Prezidenti Co Baydenl danışıqlar zamanı Ukraynanın sülh formulunu müzakirə ediblər. Amerikalı lider sülh sammiti keçirilməsi ideyasını dəstəkləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.201957