“WizzAir” Romadan Bakıya yeni aviareys açır - FOTO

2022-12-16 00:32:00

“WizzAir” Romadan Bakıya yeni aviareys açır - FOTO

“WizzAir” aviaşirkəti Romadan müxtəlif istiqamətlərə yeni uçuşlar həyata keçirəcək.

Hurriyet.Az xəbər verir ki, şirkətdən verilən məlumata görə, İtaliya paytaxtından havaya qalxacaq təyyarələr üçün yeni istiqamətlər sırasında Kastelona, Əbu-Dabi, Lüksemburqa və Küveytlə yanaşı Bakı da var.

Roma – Bakı aviareyslərinə 2023-cü ilin mayın 1-dən start veriləcək. Uçuşlar həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günlərində baş tutacaq.

Yeni aviareyslər üçün biletləri artıq indidən sifariş etmək mümkündür.

Qeyd edək ki, “WizzAir” dünyanın nisbətən münasib qiymət siyasətilə tanınan aviaşirkətlərindən biri kimi tanınır.

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140453