
"WikiLeaks"in qurucusu Culian Assanj ABŞ-a ekstradisiya ediləcək
2022-04-20 16:03:00

London məhkəməsi "WikiLeaks"in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyasına qərar verib. İndi qərarı Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri verməlidir.
Xatırladaq ki, ABŞ Assanjı məxfi məlumatları açıqlamaqda ittiham edir. Ümumilikdə onu 175 ilə qədər həbs gözləyir. 2010-cu ildə jurnalist Assanj Dövlət Departamentinin və ABŞ Müdafiə Nazirliyinin materiallarını - diplomatik yazışmaları və İraqla Əfqanıstandakı hərbi əməliyyatlar haqqında məlumatları dərc etmişdi.
Ülviyyə, Hurriyyet.az

Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya