“WhatsApp”dan daha bir yeni funksiya: "Məlumatlarınızı, şəkillərinizi..."

2022-07-22 19:51:00

“WhatsApp”dan daha bir yeni funksiya:

Bundan sonra “WhatsApp” istifadəçiləri “Android” əməliyyat sistemindən iOS-a keçərkən tətbiqdəki məlumatlarını ötürə biləcəklər.

Bu barədə məlumat “XDA-developers” saytında dərc olunub. 

Yenilik hesab informasiyalarını, profil şəklini, şəxsi və qrup çatlarını, söhbət tarixçəsini, media faylları bir əməliyyat sistemindən digərinə ötürməyə imkan yaradacaq. Amma zəng tarixçəsini köçürmək mümkün olmayacaq. 

Qeyd edək ki, keçən il belə bir funksiya “Samsung” smartfonları üçün tətbiq edilmişdi. \\Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.077871