“WhatsApp”da YENİLİK: Məlumatlarda göndərənin imzası olacaq

2022-06-09 22:02:00

“WhatsApp”da YENİLİK: Məlumatlarda göndərənin imzası olacaq

“WhatsApp” messencerinin biznes versiyasında gedən mesajlarda məlumatlar göndərənin imzası ilə görünəcək.

Cümə axşamından etibarən gedən mesajların müəllifi haqqında əlavə məlumat “Android”, iOS və fərdi kompüterlər üçün “WhatsApp for Business” proqramının beta versiyasının istifadəçiləri üçün əlçatan olacaq.

Funksiyanın bir neçə profili olan ümumi hesab sahibləri üçün faydalı olacağı bildirilir.

Göndərən barədə məlumat digər istifadəçilərlə paylaşılmayacaq. Bu funksiya standart “WhatsApp” hesablarında mövcud olmayacaq. \\Oxu.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya