Saat:23:00
Haqqımızda

“WhatsApp”da videolarla bağlı yenilik - 3 seçim təqdim edildi

2024-12-24 21:17:20

“WhatsApp”da videolarla bağlı yenilik - 3 seçim təqdim edildi

“WhatsApp” istifadəçilərə yeni funksiya təqdim edib.

 “WhatsApp” Android telefonlarda fərdiləşdirilmiş video təcrübəsi dəstəyi təklif edir. Bildirilir ki, yeniliyə əsasən istifadəçi videolara baxarkən onun izlənmə sürətini seçə bilər. Məlumata görə, videoların sürəti ilə bağlı seçimlər əvvəllər iOS istifadəçiləri üçün təqdim olunsa da, Android istifadəçiləri üçün indi istifadəyə verilib. “WhatsApp”ın Android beta versiyasında sınaqdan keçirilən yeni funksiya istifadəçilərə üç fərqli video sürəti variantı təklif edir. Normal, 1.5x və 2.0x videonun oxunma sürəti tənzimlənə bilər.

Məlumata görə, videolarla bağlı yenilik istifadəçi müddəti çox olan videolar izləyərkən faydalı olar. İstifadəçi müddəti çox olan videonun sürətini tənzimləyərək vaxtına qənaət edə bilər. \\Metbuat.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.242376