Saat:03:09
Haqqımızda

“WhatsApp”da daha bir yenilik

2022-07-05 09:34:00

“WhatsApp”da daha bir yenilik

“WhatsApp”ın tərtibatçıları dayanmadan istifadəçilərə yeni imkanlar təklif etməkdə israrlıdırlar.

Bu yaxınlarda onlar emojilərdən istifadə edərək digər insanların mesajlarına cavab vermək funksiyasını təqdim ediblər. Hazırda isə messencerin texniki komandası bu məqsədlər üçün istifadə olunan işarələrin siyahısını genişləndirməyi düşünür.

Hurriyyet.az-ın məlumatına görə, yaxın vaxtlarda mesajlara istənilən emoji ilə cavab vermək mümkün olacaq.

Qeyd edək ki, hazırda yeniliyin istifadəçilər üçün nə zaman əlçatan olacağına dair dəqiq məlumat yoxdur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR