Saat:09:12
Haqqımızda

“WhatsApp”a yeni FUNKSİYA

2021-09-17 00:21:00

“WhatsApp”a yeni FUNKSİYA

“WhatsApp” mağazaların və xidmətlərin tapılması funksiyasını test edir.

Bunu messencerin icraçı direktoru Uill Ketkart deyib.

“Yaxınlıqdakı müəssisələr” adı verilən funksiya “Android” smartfonlarının istifadəçiləri üçün əlçatandır. Hazırda testləşdirmə yalnız Braziliyanın San-Paulu şəhərini əhatə edir. Lakin yaxın gələcəkdə tətbiqdə mağazaların axtarışı dünyanın digər ölkələrində də mümkün olacaq.

Messenger əmin edir ki, yeni funksiya tam məxfiliyi nəzərdə tutur. Belə ki, tətbiq istifadəçilərin yerini və ya funksiya vasitəsilə baxdığı şirkətlər haqqında şəxsi məlumatları izləməyəcək. \\Kanal

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR