Washington Post: ABŞ Ukraynaya "ağıllı bomba" komplektləri verməyi planlaşdırır

2022-12-15 14:56:00

Washington Post: ABŞ Ukraynaya

Bayden administrasiyası Ukraynaya idarə olunmayan hava bombalarını yüksək dərəcədə dəqiqliklə Rusiya hərbi mövqelərini vura bilən "ağıllı" bombalara çevirən qabaqcıl elektron avadanlıq göndərməyi planlaşdırır. Bu barədə "Washington Post" məlum planlarla tanış olan yüksək vəzifəli ABŞ rəsmilərinə istinadən yazır.
Dəstlərə qlobal yerləşdirmə cihazları daxildir və müxtəlif silahlara əlavə oluna bilər və onları Pentaqonun "Birgə Birbaşa Hücum Sursatları" və ya JDAM adlandırdığı qurğuya çevirir. ABŞ ordusu bu texnologiyadan çəkisi 900 kq-a qədər olan hava bombaları üçün istifadə edib.
“Washington Post” qeyd edir ki, prezident Bayden və ya onun milli təhlükəsizlik üzrə yüksək səviyyəli müşavirlərindən hər hansı birinin JDAM-ın Ukraynaya təklif edilən transferini təsdiq edib-etmədiyi hələ aydın deyil.
Qəzetin adının açıqlanmasını istəməyən həmsöhbətləri Ukrayna qüvvələrinin bu komplektlərdən aviasiya yaxud quru silahları üçün istifadə edəcəyini açıqlamayıblar. Bu komplektlərin Ukrayna Silahlı Qüvvələrinin arsenalından hansı sistemlərdə istifadə olunacağı hələlik bəlli deyil.
İş orasındadır ki, Ukrayna Hərbi Hava Qüvvələri əsasən Sovet dövründən qalma köhnəlmiş MiQ-lərin ümidinə qalırlar və Pentaqon pilotlar və texniki qulluqçular üçün hərtərəfli təlim tələb edən Qərb istehsalı olan daha yeni təyyarələr vermək əvəzinə onları modernləşdirməyin yollarını axtarır.
ABŞ daha əvvəl Ukraynanın hava hücumları imkanlarını artırmaq üçün Ukraynaya qabaqcıl silahlar, o cümlədən HARM yüksək sürətli havadan buraxılan raketlər təqdim edib. Lakin bu silah GPS sistemi mövcud olan JDAM-dan fərqli olaraq çalışır. HARM düşmən bölmələri və qərargahları tərəfindən yayılan radiasiya ilə işləyir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.176466