Vüqar Tofiqoğlunun dövlətə heç bir təhlükəsi ola bilməz – O, Ramiz Mehdiyevlə tam əks qütbdədir
Savaş və qələm dostum Vüqar Tofiqoğlunun DTX-nın əməliyyatı sonucunda həbs olunmasından elə üzülmüşəm ki, hələ də özünə gələ bilmirəm. Özünün mobil nömrəsi əhatə dairəsində olmadığını, böyük oğlu Məhəmmədin nömrəsindən cavab verən şəxs onun işdən çıxdığını, kiçik oğlu Tofiqin nömrəsi isə nömrənin işləmədiyini bildirdi. Media isə bir ucdan “döşəyir” ki, baş redaktor “Ramiz Mehdiyev işi” ilə bağlı tutulub.
Tam sayıqlama! Vüqar bəyi yaxşı tanıyıram. Ramiz Mehdiyev 3 il qabaq AMEA Prezidenti görəvindən azad ediləndə, mən gedənin dalınca danışmağın əleyhinə bir qısa yazı yazmışdım. Ha billah elədim, Vüqar bəy sözümü yerə saldı. Belə ilgi ilə “mehdiyevçi” olmaq bir araya sığır? O, nə dövlət əleyhinə çağırışlar edib, nə heç kəsin adamı deyil. Onda qala Ramiz Mehdiyevin. Vüqar Tofiqoğlu bizim, Qarabağ əlillərinin, qazilərin ADAMIDIR. Allah qapısını tez açsın!
Hardasan, arxa-dayağımız, arxadaşımız ADAM?
Məğrur BƏDƏLSOY
