Saat:16:20
Haqqımızda

VÜQAR TOFİQOĞLU ƏDALƏTSİZLİYƏ “ÜSYAN ETDİ” – “Bu məhkəmədən ədalət gözləmək....”

2025-12-02 14:42:30

VÜQAR TOFİQOĞLU ƏDALƏTSİZLİYƏ “ÜSYAN ETDİ” – “Bu məhkəmədən ədalət gözləmək....”

Xəbər verdiyimiz kimi, dünən saat 16:00-da Bakı Apellyasiya Məhkəməsində “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) apellyasiya şikayətinə baxılıb.

Hurriyyet.az bildirir ki, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində V.Məmmədovun ev dustaqlığına buraxılması ilə bağlı apellyasiya şikayəti qəbul edilməyərək, Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Məlumat üçün dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, məhkəmə prosesi zamanı hakim heyətənin  “Məhkəmənin obyektiv qərar verməsinə inanmırsınız” sualına Vüqar Məmmədov özünəməxsus və maraqlı cavab verib: “Bu, məhkəmənin obyektivliyinə inanmaq qısır inəkdən bala gözləmək kimi bir şeydir”.

Baş redaktorun məlum açıqlamasından göründüyü kimi, o, barəsində çıxarılan həbs qətimkan tədbirinin qanunsuz və sifarişli olduğuna işarə vurur. Bu, onun məhkəmə ədalətsizliyinə “üsyanı” kimi də başa düşülə bilər.

Əlbəttə, Vüqar Məmmədov hansısa cinayət əməlinə görə həbs olunsaydı, hər kəs kimi o da barəsində çıxarılan qərara sayqı ilə yanaşacaqdı. Amma onun qondarma ittihamlarla saxlanılması, xüsusilə də hər zaman mübarizə apardığı “5-ci kolon”un  “xaç atası” Ramiz Mehdiyev şəbəkəsi ilə əlaqələndirilməsi qanunsuzluğun, ədalətsizliyin və hoqqabazlığın ən bariz nümunəsidir. Bu, səbəbdən, V. Məmmədovun məhkəmə qərarlarının obyektivliyinə şübhə ilə yanaşması tamamilə normal və anlaşılandır.

 

Jalə FAMİLQIZI