Saat:03:41
Haqqımızda

VÜQAR MƏMMƏDOV MİLLƏT VƏKİLİ OLMAQ İDDİASINI AÇIQLADI – Baş redaktor yenidən 25 saylı Nizami ikinci seçki dairəsindən namizəd olacaq

2024-05-13 19:00:17

VÜQAR MƏMMƏDOV MİLLƏT VƏKİLİ OLMAQ İDDİASINI AÇIQLADI – Baş redaktor yenidən 25 saylı Nizami ikinci seçki dairəsindən namizəd olacaq

Yay aylarında Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçiriləcəyi gözlənilir. Hurriyyet.az xəbər verir ki, seçkinin tarixi dəqiq bəlli olmasa da, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bu günlərdə mətbuata açıqlaması Parlament seçkilərinin yaxın bir neçə ay ərzində keçiriləcəyini deməyə əsas verir.

Hansı ki, MSK sədri bu ilin sonlarına yaxın Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Milli Məclisə seçkilərin önə çəkilməsi təşəbbüsü ilə çıxış edib. Bu səbəbdən də, müxtəlif media orqanları yay aylarında ölkəmizdə Parlament seçkilərinin keçiriləcəyini iddia edir.

Qeyd edək ki, seçkinin tarixi hələ rəsmi şəkildə bəlli olmasa da, artıq millət vəkilli olmaq istəyənlər öz iddialarını ortaya qoyublar. Hətta qeyri-rəsmi olaraq ölkədə seçki prosesinə start verildiyini də qeyd etmək olar. Görünür, məhz bu səbəbdən də “Hürriyyət” qəzetinin, eyniadlı Hurriyyet.az saytının və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədov da deputat olmaq iddiasını açıqlayıb. Hurriyyet.az-a açıqlama verən baş redaktor deyib ki, o, bu dəfə də 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürəcək.

Vüqar Məmmədov deyir ki, sakinlərin çoxsaylı müraciəti nəticəsində yenidən məhz 25 saylı Nizami ikinci seçki dairəsindən namizəd olmaq qərarına gəlib. Baş redaktor inanır ki, ötən seçkidə olduğu kimi, bu dəfə də seçicilərin böyük əksəriyyətinin səsini qazana biləcək.

Xatırladaq ki, ötən Parlament seçkiləri zamanı Nizami rayon rəhbərliyinin seçkiyə müdaxiləsi ilə səsvermənin nəticəsi saxtalaşdırılmış və Vüqar Məmmədovun millət vəkili seçilməsinin qarşısı alınmışdı.

KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.179293