Saat:20:07
Haqqımızda

Vüqar Əliyevin ölkədən çıxışı məhdudlaşdırıldı

2025-04-01 22:05:10

Vüqar Əliyevin ölkədən çıxışı məhdudlaşdırıldı

"Bolluq" İstehlak Kooperativinin dövlətə yarım milyondan çox vergi borcu var.

Sözügedən kooperativin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 515 910.53 AZN vergi borcu yaranıb. 

Sözügedən borca görə "Bolluq" İstehlak Kooperativinin baş direktoru Vüqar Əliyev Bayraməli oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Dövlət Vergi Xidməti tərəfindən "Bolluq" İstehlak Kooperativində səyyar vergi yoxlaması keçirilib. Sözügedən şirkət külli miqdarda vergidən yayındığına görə məsuliyyətə cəlbetmə qərarının nəticəsində "Bolluq" İ.K barəsində 1133863.85 manat əlavə vergi, 566931.94 manat maliyyə sanksiyası hesablanıb. \\Valyuta.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.249762