Vuçiç: "Hansı dünya liderlərinin Putinlə gizlin danışdıqlarını bilirəm"

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç dünya liderlərindın azı iki nəfərinin son illərdə RF Prezidenti Vladimir Putinlə xəlvət danışdıqlarını söyləyib.
Serbiya Prezidenti bu sözləri bloger Mariya Naufaluya müsahibəsində söyləyib.
Vuçiç 2021-ci ildən bəri, yəni 3,5 il ərzində Vladimir Putinlə görüşmədiyini, lakin həmin dövrdə azı iki dünya liderlinin Putinlə görüşdüyünü, lakin bu görüşlərin gizli saxlanıldığını söyləyib.
Bloger cavabında həmin şəxslərin Macarıstanın Baş naziri Viktor Orban ilə Slovakiyanın Baş naziri Robert Fitso ola biləcəklərini ehtimalı edib.
Viktor Orban 2024-cü ilin iyulunda Moskvaya, Robert Fitso isə dekabr ayında Rusiyaya səfər etmişdi. Lakin Serbiya Prezidenti bu versiyaları təkzib edərək, başqa şəxsləri nəzərdə tutduğunu deyib.
Vuçiç bu ilin may ayında, Moskvada keçiriləcək, faşizm üzərində qələbənin 80 illiyinə həsr edilmiş paradda iştirak edəcəyini bildirib.
Hürr Tərcüman
