Saat:04:06
Haqqımızda

“Vosmoy bazarı”nın satış qiyməti açıqlandı – Dodaq uçuqladan məbləğ - FOTO

2023-12-04 23:12:36

“Vosmoy bazarı”nın satış qiyməti açıqlandı – Dodaq uçuqladan məbləğ - FOTO

Son günlər satılması və ya köçürülməsi xəbəri ilə gündəm mövzusuna çevrilən "8-ci km bazarı" barədə müxtəlif versiyalar səsləndirilir. Əsasən deyilir ki, bazar tamamilə söküləcək, ya da yerində yaşayış massivi tikiləcək.

Hurriyet.Az-ın məlumatına görə, Globalinfo.az ticarət mərkəzinin torpaq sahəsinin qiyməti ilə bağlı araşdırma aparıb.

Saytımıza danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı həmin ərazidə qiymətlərin ucuz olmadığını bildirib:

"Həmin ərazidə torpaq sahələrinin qiyməti fərqli olur. Qara Qarayev prospektinə yaxın hissələrdə torpağın 1 sotunun qiyməti təxmini 120-130 min manat civarındadır. Arxaya doğru getdikcə isə qiymət azalır. Digər hissələrdə olan qiymət 60-70-80 min təşkil edir. Bir sözlə, minimum 60, maksimum 130 min manatdır".

R.Osmanlı bazarın ləğvi məsələsinə də toxunub:

"Orada söhbət bazarın deyil, MMC-nin ləğv olunmasından gedir. Amma istisnalar da ola bilər".

İlkin hesablama aparsaq, belə məlum olur ki, bazarın yerləşdiyi torpaq sahəsinin qiyməti 20-25 milyon manatdan çox edir.

Məqaləyə dair fotomateriallar:

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.177144