Volkovun ermənilərlə görüşündə Azərbaycan bayrağı - AÇIQLAMA

2022-08-05 09:36:00

Volkovun ermənilərlə görüşündə Azərbaycan bayrağı - AÇIQLAMA

Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov Qarabağın erməni icmasının nümayəndələri ilə görüşüb. Hurriyyet.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Görüş zamanı general son baş verənlərlə bağlı sülhməramlı kontingentin mövqeyinə aydınlıq gətirib, görülən işlər barədə məlumat verib.

Sülhməramlı kontingentin komandiri əmin edib ki, Rusiya vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bütün tədbirləri görəcək.

Siyasi şərhçi Asif Nərimanlı Volkovun ermənilərlə görüşünü şərh edib.

O bildirib ki, Rusiya sülhməramlılarının komandanı Volkovun Qarabağdakı “etnik ermənilər”lə görüşündə Azərbaycan bayrağının masada qoyulması müharibədən sonra ilk hadisədir: "İndiyə qədər sülhməramlıların qondarma “bayrağı” ilə poz verirdilər. Ermənilərlə görüşdə Azərbaycan bayrağının olması həm də onlarda separatçı rejimin gələcəyinin olmadığı fikrinin formalaşması baxımından əhəmiyyətlidir. Rusların bunu sevdikləri, yaxud istədikləri üçün etmədiyi də bəllidir. Son əməliyyatdan sonra Bakının sülhməramlılar qarşısında tələblərindən biri də bu ola bilər".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067980