Volkov yenə gizləndi

2022-12-28 09:16:00

Volkov yenə gizləndi

Dünən saat 15-16 radələrində Rusiya "sülhməramlı"larının komandanı A.Volkovla görüş tələbi ilə Xankəndindən Xocalı hava limanına yürüş etmiş separatçı-terrorçu, işğalçı xislətli haykların bir hissəsi hava limanının yaxınlığında qalmaqda davam edir. 

Hurriyyet.az xəbər verir ki, bu haqda məlumat və video-görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb.

"Çadırlar qurulub, isinmək üçün tonqallar yandırılır. Sülhməramlılardan heç bir xəbər yoxdur, onlar hələ də guya Volkovu “axtarırlar". Adi Artsax sakinləri etirazçılara yemək və odun gətirirlər. Mümkündür ki, bu gün Volkov xalqın qarşısına çıxana qədər hava limanının giriş-çıxışlarının tam blokadası başlayacaq"- məlumatda belə deyilir.

Son məlumata görə, separatçı aksiyanın rəhbəri Tiqran Petrosyan "sülhməramlı"ların bir nümayəndəsi ilə görüşüb və tələblərini yazılı şəkildə çatdırıb...

Moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.149454