Saat:10:20
Haqqımızda

Vladimir Zelenski azərbaycanlı güləşçini təbrik etdi - FOTO

2021-08-04 23:03:00

Vladimir Zelenski azərbaycanlı güləşçini təbrik etdi - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinə Olimpiya Oyunlarında gümüş medal qazandıran azərbaycanlı idmançı Pərviz Nəsibovu təbrik edib.

 

O, öz "Instagram" hesabında bu barədə paylaşım edib. 

 

Zelenski paylaşımda bunları yazıb: "Ukrayna üçün daha bir medal...Yunan-Roma güləşçisi Pərviz Nəsibov Olimpiadada uğurlu çıxış edib gümüş medal qazandı. Səmimi təbriklərimi çatdırıram”.

 

Qeyd edək ki, Pərviz Nəsibov finalda iranlı Məhəmməd Reza Qerayiya uduzaraq gümüş medal əldə edib. \\Fanat.Az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR