Saat:09:06
Haqqımızda

Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb

2024-05-01 17:45:36

Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Hurriyyet.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbər verir. 

Spiker Sahibə Qafarovanın salamlarını çatdıran Adil Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib, dövlətlərarası münasibətlərimizin inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Vitse-spiker Ermənistanın 30 illik işğalına son qoyulmasından 4 ilə yaxın vaxt keçdiyini bildirib, tərəflər arasında sülh gündəliyinin irəliləməsindən bəhs edib. Sərhədlərin müəyyən olunması məqsədi ilə birgə komissiyanın yaradıldığını deyən vitse-spiker delimitasiya, demarkasiya işlərinə start verilməsini diqqətə çatdırıb, Fransanın artıq tarixə çevrilmiş münaqişəni alovlandırmağa cəhd göstərməsindən danışıb.

Bu il ölkəmizdə COP-29 kimi əlamətdar tədbirin keçiriləcəyini diqqətə çatdıran vitse-spiker məhz belə möhtəşəm tədbirə evsahibliyinin Azərbaycana həvalə edilməsinin ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirib.

Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Ukraynaya göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını ifadə edib, iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətindən danışıb.

Görüşdə çıxış edən Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov parlamentlərarası əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.189404