Saat:04:01
Haqqımızda

Vitse-spiker Adil Əliyev qazi və şəhid ailələri ilə görüş keçirib - FOTOLAR

2024-01-31 18:40:42

Vitse-spiker Adil Əliyev qazi və şəhid ailələri ilə görüş keçirib - FOTOLAR

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev yanvarın 31-də qabaqcadan müəyyən edilmiş qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə şəhid ailələrinin, qazilərin və müxtəlif məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşların növbəti qəbulunu keçirib.

Hurriyyet.az xəbər verir ki, qəbul zamanı vitse-spiker Adil Əliyev vətəndaşları dinləyərək, onlar tərəfindən qaldırılmış müxtəlif sosial, humanitar, təhsil və digər məsələlərin bir qismini yerindəcə həll edib. Vətəndaşların digər müraciətləri  isə həll olunmaq məqsədilə icraata alınıb.

Vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavinin ünvanına daxil olmuş müraciətlərin hər biri geniş şəkildə təhlil edilir və həlli məqsədilə qanunvericilik çərçivəsində bütün mümkün addımlar atılır.

Hurriyyet.az

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.227965