Vitkoff Putinlə danışıqlardan sonra Zelenski ilə görüşəcək
2025-12-02 19:14:24
Hurriyyet.az xəbər verir ki, Vitkov Putinlə danışıqlardan sonra Avropada Zelenski ilə görüşməyi planlaşdırır.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff ilə Donald Trampın kürəkəni Cared Kuşner Moskvaya səfərlərindən sonra Avropaya səfər edəcəklər və orada Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəklər. Bu barədə "Axios" nəşrinin əməkdaşı Barak Ravid məlumat verib.
Jurnalist X səhifəsində yazıb: "Trampın müşavirləri Stiv Vitkoff ilə Cared Kuşner Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşürlər. Onların Moskvadan sonra Avropaya səfəri və Ukrayna prezidenti Zelenski ilə görüşü gözlənilir".
Hürr Tərcüman
