Vitkoff Moskvaya gedəcək
2025-11-26 12:08:53
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Prezidentinin elçisi Stiv Vitkoffun gələn həftə Moskvaya səfər etməsi üçün ilkin razılığın əldə edildiyini bildirib.
Onun sözlərinə görə, Vitkoffla yanaşı, ABŞ administrasiyasının Ukrayna məsələsi ilə əlaqədar olan bir sıra digər rəsmiləri də Rusiyaya səfər edəcəklər.
Uşakov Rusiya ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin getdikcə yaxşılaşdığını, lakin prosesin çox ağır getdiyini deyib.
Hürr Tərcüman
