Saat:23:40
Haqqımızda

Vitkoff ilə Zelenskinin görüşü ləğv edildi

2025-12-03 11:11:53

Vitkoff ilə Zelenskinin görüşü ləğv edildi

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidentinin müşavirləri Stiven Vitkoff ilə Cared Kuşner Ukrayna Prezidenti Vladimir Zelenski ilə Brüsseldə görüşməyəcəklər. Planlaşdırılmış danışıqlar təxirə salınıb. Bu barədə məlumatı "Euronews" əməkdaşı Aleks Rafoqlu öz X səhifəsində, məlumatlı mənbələrə istinadla verib. 

Onun sözlərinə görə, Zelenski artlq Kiyevə qayıdır. Jurnalist görüşün ləğvinin səbəbləri barəsində məlumat verməyib. Bu barədə rəsmi açıqlama da verilməyib.

Hürr Tərcüman