Saat:23:52
Haqqımızda

Vilyam Hacıyevin məhkəməsində şahid: "7 min manat yardımın 6 min 700 manatını aldılar"

2022-05-16 13:49:00

Vilyam Hacıyevin məhkəməsində şahid:

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hurriyyet.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Vüsal Niftəliyev bildirib ki, maddi durumu ilə bağlı İmişli rayon İcra Hakimiyyətinə müraciət edib.

"Mənə dedilər ki, sənə 7 min manat yardım ayrılıb. Pulu bankdan çıxaranda Cəmil Musayev küçədə gözləyirdi. Pulu çıxardım, Cəmil 6 min 700 manatı aldı, 300 manat qaldı. Cəmil dedi ki, pulu icra başçısı istəyir", - şahid bildirib.

Vilyam Hacıyevin vəkili bildirib ki, məhkəmədə 146 şahid dindirilib: "Həmin şahidlərin heç biri təqsirləndirilən şəxs və müdafiə tərəfinin deyil. Zərərçəkmişlərin bəziləri isə bu vaxta qədər prosesə gəlməyiblər. Məhkəmə həmin zərərçəkmişlər və ya onların nümayəndələrinin prosesə gətirilməsini təmin etməlidir".

Vilyam Hacıyev bildirib ki, şahid və zərərçəkmişlərin heç biri icra başçısına rüşvət verməyib: "Hamısı deyir Rəhim və Cəmilə rüşvət vermişik. Amma bu məsələ araşdırılmayıb. Gəlin bu məsələləri araşdıraq, görək dövlətin ayırdığı vəsaiti kim mənimsəyib, niyə mənimsəyib. İş üzrə 4 zərərçəkmiş var. Onların nümayəndələri dindirilsin, sonra mən ifadə verəcəyəm".

Proses mayın 20-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Trend.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR