Vilayət Quliyev vəfat edən qızı barədə: "Axı nə üçün bu qədər sərbəstlik verdim" - FOTOLAR

2021-09-14 10:53:00

Vilayət Quliyev vəfat edən qızı barədə:

“Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanları sevməyi təlqin etdim? Nədən yalnız özünü fikirləşən bir eqoist kimi böyütmədim? Bəlkə onda bu fəlakət də baş verməzdi”.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev bir neçə ay bundan əvvəl vəfat edən qızı Humay Quliyeva haqqında danışarkən deyib.

Quliyev qeyd edilən düşüncələrin ona əzab verdiyini vurğulayıb.

“Hər bir halda Humayla qürur duyuram. Yaradana mənə belə bir övladın valideyni olmaq xoşbəxtliyini bəxş etdiyi üçün daim minnətdaram”, – deyə sabiq səfir əlavə edib.

Xatırladaq ki, Vilayət Quliyevin qızı Humay Quliyeva bu ilin mart ayının 14-də dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Bir ayaqda, açıq hava və ağac şəkili ola bilər