Vilayət Quliyev Bakıdakı bahalıqdan şikayətləndi

2022-08-29 12:31:00

Vilayət Quliyev Bakıdakı bahalıqdan şikayətləndi

Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, keçmiş Xarici İşlər naziri Vilayət Quliyev maraqlı paylaşım edib.

Belə ki, səfir ölkədəki qiymətlərin baha olduğunu dolayı yolla ifadə edib. 

Belə ki, V.Quliyev Polşanın paytaxtı Varşava ilə Bakını müqayisə edib:

“Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir. Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar. Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000109