Vilayət Eyvazov Sergey Diyakonu ilə görüşdü

2022-11-17 16:32:00

Vilayət Eyvazov Sergey Diyakonu ilə görüşdü

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Moldovanın Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonunu qəbul edib.

Hurriyyet.az xəbər verir ki, nazir Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb. Nazir bildirib ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası ilk növbədə vətəndaşlarımızın, həmçinin də əcnəbilərin respublikamızda təhlükəsiz, əminamanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələri üçün əlverişli mühit formalaşıb. V.Eyvazov qeyd edib ki, Azərbaycan DİN Moldova DİN-lə münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verir.

Sergey Diyakonu azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduqlarını bildirib. Görüşdə narkotiklərin qanunsuz dövriyəsi, transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi müzakirə edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142989