Vilayət Eyvazov polis rəisini vəzifədən kənarlaşdırdı
2023-02-10 13:49:00

Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Emin Çələbiyev vəzifədən azad edilib.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. E.Çələbiyev işdən çıxarılaraq sərəncama götürülüb, onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, daha əvvəl Quba RPŞ-nin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi vəzifəsində çalışmış E.Çələbiyev 2017-ci ildən 23-cü PB-yə rəhbərlik edirdi.
Qafqazinfo.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya