Saat:22:50
Haqqımızda

Vilayət Eyvazov məşhur idmançını vəzifəyə təyin etdi

2023-06-01 19:34:00

Vilayət Eyvazov məşhur idmançını vəzifəyə təyin etdi

Daxili işlər orqanlarında kadr təyinatı olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib. 

O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib. 

Xatırladaq ki, mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.

Qeyd edək ki, 1974-cü il təvəllüdlü tanınmış idmançı 2003-cü ildə Polis Akademiyasında Fiziki Hazırlıq kafedrasının baş müəllimi vəzifəsində işləyib.  2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Nailiyyətlərinə görə 2008-ci ildə dövlət baçısının sərəncamı ilə "Tərəqqi" medalı ilə təlitif edilib. Beynalxalq yarışlarda Azərbaycanı təmsil etmiş cüdoçu, uzun illər məşqçi kimi də fəaliyyət göstərib. Şəmkir Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışıb.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR