Vilayət Eyvazov məşhur generalın kürəkənini vəzifəsindən azad etdi - Yeni TƏYİNAT (FOTO)

2023-03-09 12:05:00

Vilayət Eyvazov məşhur generalın kürəkənini vəzifəsindən azad etdi - Yeni TƏYİNAT (FOTO)

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi polis polkovniki Əşrəf Allahyarov tutduğu vəzifəsindən azad edilərək Yasamal Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq idarənin rəis müavininə həvalə edilib.

Qeyd edək ki, polis polkovniki Əşrəf Allahyarov Daxili işlər nazirinin sabiq müavini general-leytenant Oruc Zalovun kürəkənidir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.217182