Vilayət Eyvazov Elman Parlanovu yeni vəzifəyə təyin etdi

2022-06-08 10:54:00

Vilayət Eyvazov Elman Parlanovu yeni vəzifəyə təyin etdi

Daxili işlər orqanlarında daha bir təyinat olub.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib.

Digər əmrlə E.Parlanov Daxili İşlər Naziliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Parlanov daha əvvəl Çevik Polis alayında komandir vəzifəsində də çalışıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya