Viktor Orban TDT sammitində iştirak edəcək
2023-11-01 15:10:40

Hurriyyet.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının noyabrın 3-də keçiriləcək 10-cu sammitində iştirak etmək üçün Qazaxıstana səfər edəcək. Orban həmçinin, noyabrın 2-də Qazaxıstan rəhbərliyi ilə birlikdə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Bu barədə açıqlamanı Macarıstanın Baş nazirinin mətbuat katibi Bertalan Havaşi verib.
Hürr Tərcüman
