Saat:03:22
Haqqımızda

Videosu yayılan direktor: “Hazırda polis şöbəsindəyəm”

2023-01-11 16:11:00

Videosu yayılan direktor: “Hazırda polis şöbəsindəyəm”

Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir məktəb direktorunun biabırçı görüntüləri gündəm olub. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bu dəfə videosu ilə gündəmə gələn İmişli rayon Məzrəli kənd orta məktəbinin direktoru Əlidursun İsayevdir.

Direktor “Bəxt üzüyü” filmindəki “Moşu”nun Seda ilə dialoqunu yataqda  yamsılayıb. 

Mövzu ilə bağlı Yenisabah.az məktəb direktoru ilə əlaqə saxlayıb. 

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Ə.İsayev sözügedən görüntülərin ona qarşı təxribat xarakterli yayıldığını bildirib:

“Yayılan görüntülərdən xəbərim var. Bu məsələni böyütməkdə məqsəd mənim yerimə keçməkdir. Bunu yayan məktəb işçilərindən biridir və yerimə keçmək istəyir. Həmin görüntülərdəki qızı sonradan mənim görüntümün yanına montaj ediblər. Həmin video mənim tələbəlik vaxtımın çəkilişidir, o vaxt “TikTok” yox idi. Sonradan həmin görüntünün yanına o qızı əlavə ediblər və başlayıblar sosial şəbəkələrdə paylaşmağa. Mənim adıma hesablar açıb paylaşım edirlər”.

31 yaşlı yaşlı məktəb direktoru görüntüləri yayanlardan polisə şikayətçi olduğunu bildirib:

“Hal-hazırda polis şöbəsindəyəm. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermək üçün gəlmişəm. İstəyirəm ki, bu məsələ araşdırılsın, tapılsın görək videonu yayanlar kimlərdir. Onlardan şikayətçi olacağam”

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR