VHP bələdiyyə seçkiləri ilə bağlı qərarını açıqladı
2024-11-28 17:35:35
Vətəndaş Həmrəyliyi Partiyası 2025-ci il yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində iştirak edəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.
Onun sözlərinə görə, artıq partiyanın bələdiyyə seçkiləri üzrə seçki qərargahı fəaliyyətə başlayıb:
“VHP-nin səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndəsi təsdiq edilib. Seçkilərdə iştirakla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına, ardınca isə yaxın günlərdə bələdiyyələr üzrə namizədlərin müvafiq sənədləri seçki dairələrinə təqdim ediləcək”.
Qeyd edək ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.