Saat:03:57
Haqqımızda

Vəziyyət dəyişməyə başladı - Gürcüstanın Avropaya gedən yolu bağlanır

2024-05-01 16:45:39

Vəziyyət dəyişməyə başladı - Gürcüstanın Avropaya gedən yolu bağlanır

Gürcüstanda daxili siyasi vəziyyət gərgin olaraq qalır.

Hurriyyet.az xəbər verir ki, xüsusi təyinatlılar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq Tiflisdə küçələrə çıxanlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Qeyd olunur ki, etirazçılar parlament binasına girişləri bağlamamaq tələbini yerinə yetirməkdən imtina etdikdən sonra polis həmin addıma əl atıb.

Etirazçılar təhlükəsizlik qüvvələrinə müxtəlif əşyalar, o cümlədən plastik butulkalar atıblar. Bu zaman xüsusi təyinatlılar aksiya iştirakçılarını parlamentin girişlərindən uzaqlaşdırıblar.

Dünən qalmaqallı qanun layihəsinin müzakirə olunduğu plenar iclas başa çatdıqdan sonra vəziyyət yenidən gərginləşib. Nəticədə bir neçə nəfər saxlanılıb.

Bundan əvvəl Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Buna Gürcüstan prezidenti Salome Zurabişvili, müxalifət, ABŞ və Qərb ölkələri etiraz ediblər. Qərbdə hesab edirlər ki, bu qanun Gürcüstanın Avropa Birliyinə inteqrasiyaya mane olacaq.

Teleqraf.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.184161