“Vəziyyət daha da pisləşəcək” – Putin

2022-08-24 16:24:00

“Vəziyyət daha da pisləşəcək” – Putin

Putin Rusiyanın müxtəlif bölgələrində, xüsusən də Moskva yaxınlığındakı Ryazanda davam edən meşə yanğınları ilə bağlı konfrans keçirib.


Hurriyyet.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin ölkəsində meşə yanğınları ilə bağlı bütün lazımi tədbirlərin görülməsini əmr edərək, “Ryazanda güclü külək səbəbindən yanğınlar genişlənməkdə davam edir. Ona görə də sizdən xahiş edirəm ki, yanğınların söndürülməsi və zərərin minimuma endirilməsi üçün bütün zəruri tədbirləri görün. Meşə yanğınlarının təkcə Rusiyanın Avropa hissəsində deyil, şərqində də şiddətlənməsi təhlükəsi var. Belə davam edərsə, vəziyyət daha da pisləşəcək” - deyib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059651