Saat:05:54
Haqqımızda

Vəzifə başında və istefada dünyasını dəyişən milyonçu nazirlər – Xəsətəlik pula, şöhrətə baxmır

2024-01-24 11:25:02

Vəzifə başında və istefada dünyasını dəyişən milyonçu nazirlər – Xəsətəlik pula, şöhrətə baxmır

Azərbaycanda yüksək dövlət vəzifəsi tutmuş şəxslərin bəziləri vəzifədə olduğu, bəziləri isə istefada olduğu dövrdə müxtəlif xəstəliklərdən vaxtsız dünyasını dəyişib.

Kifayət qədər maddi imkan sahibi olsalar da, onların bir çoxu sadə vətəndaşlar kimi xərçəng, ürək-damar sisteminin xəstəlikləri və s. səbəbdən həyatdan gediblər.

Keçmiş energetika naziri Natiq Əliyev 2017-ci ilin iyulun 8-də Türkiyədə müalicə aldığı klinikada dünyasını dəyişdi. Mərhum iyunun 3-də Bakıda keçirdiyi ürək tutmasından sonra edilən ilkin müdaxilə ilə həyata qaytarılsa da, daha sonra süni tənəffüs cihazına qoşularaq, iyunun 5-də xüsusi ambulans təyyarə ilə “Florence Nightingale” klinikasına aparılmışdı. İyunun 8-də günorta saatlarında Natiq Əliyev anidən beyin insultu keçirib və dünyasını dəyişib.

2018-ci ilin 23 iyun tarixində isə müdafiə sənayesi naziri Yavər Camalov vəfat etdi. Yavər Camalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdi. 69 yaşlı nazir bir neçə dəfə İsraildə müalicə olunsa da, səhhətini bərpa etmək mümkün olmamışdı.

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov isə 4 noyabr 2022-ci ildə vəfat edib. 2017-ci ildə vəzifədən getdikdən sonra o davamlı olaraq Azərbaycanda və Türkiyə klinikalarında qaraciyər serrozu və mədəaltı vəzin iltihabı xəstəliyindən müalicə olunub. Mərhum nazir 4 noyabr 2022-ci il tarixində Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu günlərdə keçmiş səhiyyə naziri Oqtay Şirəliyevin səhhətinin pisləşdiyi, müalicə üçün Türkiyəyə aparıldığı barədə xəbərlər yayılıb. Oqtay Şirəliyev xərçəng xəstəliyindən əziyyət çəkir. Keçmiş nazir bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib. Xəstəliyin sürətlə inkişaf etməsi sabiq nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir. Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir. Bacısı Rəna Şirəliyevə isə onun səhhətinin ağır olması barədə xəbərləri təkzib edərək hazırda normal durumda olduğunu bildirib.

Oqtay müəllimə can sağlığı, uzun ömür arzu edirik.

Böyük vəzifələr və vəzifə zamanı xalqdan oğurlanmaq hesabına əldə edilmiş milyardlar nəinki ölümsüzlük, bir çox hallarda heç uzun ömür də qazandırmır...

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000083