Saat:05:07
Haqqımızda

“Veysəloğlu” şirkətinə yazılan protokol məhkəmədə araşdırılır

2024-01-31 20:43:17

“Veysəloğlu” şirkətinə yazılan protokol məhkəmədə araşdırılır

Nizami Rayon Məhkəməsində “Veysəloğlu” MMC barəsində tərtib edilmiş cərimə protokolu ilə bağlı məhkəmə başlayıb.

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 8-nə təyin edilib.

“Veysəloğlu” şirkəti barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Xatırlatma: “Veysəloğlu” MMC-yə tanınmış iş adamı Aydın Veysəloğlu Talıbov rəhbərlik edir. \\Yeni Gundem

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.179801