“Vətənin ölməz oğulları”

2022-08-23 11:12:00

“Vətənin ölməz oğulları”

Masallı Tarix-Diyarşünaslıq Muzeyində baş tutan növbəti tədbirə bu başlıq seçilmışdi. Adı çəkilən  mədəniyyət ocağı, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı altında  keçirilən tədbirdə məqsəd Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması idi. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin  Masallı rayon filialının sədri Nahid Rəhimovun, Masallı RİHB aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradovun, şəhid ailələri, mədəniyyət işçiləri və gənclərin iştirak etdiyi tədbir Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla  başlandı.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva tədbirin giriş sözündə  keçirilən layihənin əhəmiyyətindən danışdı, şəhid ailələrinə maddi və mənəvi dəstək olmağı hər bir kəsin vətəndaşlıq borcu olduğunu dedi.

Muzeyin əməkdaşı Dilguşə Məmmədova avqust ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verdi, onların valideynlərinə dərin ehtiramını bildirdi.Müharibə veteranı Nahid Rəhimov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Nurlan Muradov,  Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin nümayəndəsi Fidan Abbaslı və digər  çıxışçılar isə  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə olduğunu,   ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində xalqımıza ucalıq bəxş edən oğullara, onların ailələri və övladlarına daima dövlət tərəfindən qayğı göstərdiyini dedilər.İki şəhid anası Ziba xanim Əsgərli şəhid anaları adından danışdı. O, övlad itkisinin nə qədər ağır olsa belə, qəmi içində boğub , oğulları ilə qürur duyduğu dedi, müharibə iştirakçılarına, qazilərə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə,bu işi icra edən şəxslərə şəhid ailələri adından minnətdarlıq etdi.

Avqust ayında doğulan şəhid ailələrinə layihə   təşkilatçılarınin “Təşəkkürnamə” ləri təqdim olundu, xatirə şəkilləri çəkilməklə tədbir tamamlandı.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057353