Saat:04:31
Haqqımızda

"Vətəndaşlar üçün sərfəli olan hər şeyə mane olmağa, işıq gələn yerləri qapatmağa çalışırlar" - NATİQ CƏFƏRLİ

2023-11-30 13:08:22

"Məmurlara bağlı bəzi maraq qrupları ortalığa mövzu atıblar - vətəndaşların xaricdən sifarişləri üçün 300 dollarlıq limiti azaldılsın, vətəndaşlar üçün çox sərfəli olan online sifarişləri məhdudlaşdırsın"

"Azərbaycanda sistem elə qurulub ki, vətəndaşlar üçün sərfəli olan hər şeyə mane olmağa, işıq gələn yerləri qapatmağa çalışırlar. İndi də məmurlara bağlı bəzi maraq qrupları ortalığa mövzu atıblar - vətəndaşların xaricdən sifarişləri üçün 300 dollarlıq limiti azaldılsın, vətəndaşlar üçün çox sərfəli olan online sifarişləri məhdudlaşdırsın". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

İqtisadçı ekspertin sözlərinə görə, onsuz da sifarişləri 1000 dollardan 300 dollara salmaqla sivil dünyada olan trendlərə qarşı gedilər, artıq dünyada bəzi ölkələrdə online ticarət ənənəvi satışların çox üzərinə çıxıb: "Nə baş verir – şəhərin mərkəzində, mərkəzə yaxın yerlərdə alış-veriş mərkəzləri, mağazalar, böyük ölçüdə məmurlara, onların ailə üzvlərinə məxsusdur, onlar da həmin məkanları fantastik qiymətə icarəyə verirlər. Yəqin ki, onların icarədarları şikayət edirlər ki, hamınız səlahiyyət sahibisiniz, camaat xaricdən sifariş verir, bizim alverimiz ölür, sizin icarə haqqınızı verə bilmirik. Hakimi-mütləqlər də ortalığa mövzu atırlar ki, sifarişləri azaltsınlar, online ticarəti məhv etsinlər".

Bunun biabırçılıq olduğunu vurğulayan Natiq Cəfərli qeyd edib ki, vətəndaşa sərfəli hər şeyi qarşı çıxırlar: "Vətəndaşlarımız da bunu görsün, qiymətləndirsin, seçkilərdə qərar verib belə yanaşmanı dəyişdirmək üçün fürsət yaratsın ki, bir qrupun deyil, vətəndaşın maraqlarını üstün tutan sistem qura bilək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.341147