“Vətəndaş Məğrur Bədəlsoyun iddiaları əsassızdır” – DİN-dən “Hürriyyət”in yazısına REAKSİYA

2022-09-06 10:57:00

“Vətəndaş Məğrur Bədəlsoyun iddiaları əsassızdır” – DİN-dən “Hürriyyət”in yazısına REAKSİYA

Xəbər verdiyimiz kimi, Qarabağ qazisi Məğrur Bədəlsoy Hurriyyet.az saytı vasitəsilə Azərbaycan Respublikasının Daxili işlər naziri, general -polkovnik Vilayət Eyvazova açıq məktub ünvanlayıb. Saytımızda dərc olunan həmin məktuba DİN-dən reaksiya verilib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Hüriyyət.az-a bildirib ki, vətəndaş Məğrur Bədəlsoyun iddiaları əsassızdır.

“Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmənin tərkib əlamətləri olduğuna görə, Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanıb. Onun iddiaları əsassızdır, istintaqdan yayınmaq məqsədi daşıyır. Onun barəasində cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”, - deyə N.Əliyev vurğulayıb.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059659