Saat:10:52
Haqqımızda

Vətən xaini deputat güllələndi – Krımda dincəlirmiş

2023-10-27 15:11:34

Vətən xaini deputat güllələndi – Krımda dincəlirmiş

Ukrayna parlamentinin sabiq deputatı, Ukrayna məhkəməsinin barəsində vətən xaini itihamı ilə hökm çıxardığı Oleq Tsaryov Krımda güllələnib. Ukraynadakı “rus dünyası”nın ən tanınmış fiqurlarından olan sabiq deputatın vəziyyətinin ağır olduğu bildirilir.

Hurriyyet.az xəbər verir ki, Tsaryovun güllələndiyini və vəziyyətinin çox ağır olduğunu digər vətən xaini Oleq Roqov da təsdiqləyib. Məlum olub ki, Tsaryov gecə yarısı Krım ərazisində, dincəldiyi sanatoriyanın yaxınlığında güllələnib. Onun iki güllə yarası aldığı və xəstəxanaya aparılarkən artıq huşsuz olduğu və çoxlu qan itirdiyi bildirilir. 

Hadisəni törədənlərin kimliyi istintaqa məlum olmasa da, bunun arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığı heç bir şübhə doğurmur.

Qeyd edək ki, Tsaryov 2022-ci ilin fevralında Rusiya işğalçı ordusu ilə birgə Kiyevə qədər gedib çıxmışdı.

“AzPolitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.567533