Saat:23:07
Haqqımızda

Vətən sevdalısı yad edildi... - Şəhid Bünyadəli Pələngovun 65 yaşı qeyd olundu

2025-04-16 12:00:07

Vətən sevdalısı yad edildi... - Şəhid Bünyadəli Pələngovun 65 yaşı qeyd olundu

Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalanlar heç vaxt unudulmur, onlar əbədi olaraq köç etdikləri ürəklərdə yaşayırlar.  Belə unudulmaz qəhrəmanlardan biri də dağlar diyarı Lerikin Züvuç kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Bünyadəli Qulam oğlu Pələngovdur.

Bu günlərdə qəhrəmanın 65 yaşı tamam oldu. Adət üzrə  Bünyadəlinin doğum günü leriklilər və doğmaları tərəfindən  böyük ehtiramla yad edildi, barəsində unudulmayan  xatirələr dilə gətirildi.

Rayon rəsmilərin,  şəhid ailə üzvlərin, ictimaiyyətin, şagird və müəllimlərin qatıldığı tədbir qəhrəmanın adını daşıdığı Züvüç kənd tam orta məktəbində baş tutdu.

Əvvəlcə doğma Azərbaycanımızın  ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan  Vətən övladlarının əziz  xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Dövlət Himnin sədaları altında başlanan tədbirdə  çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan danışaraq  bildiriblər ki, baş leytenant Bünyadəli Pələngov 35 illik qısa, lakin şərəfli həyat yolunda əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Bu gün onun həyat yolu hər bir gənc üçün örnəkdir.

Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  altında Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi  Vətən torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətindən  böyük qürurla söz açdılar.

Məktəblilərin   ifasında səslənən  Vətəni, qəhrəmanlığı tərənnüm edən şerlər tədbirə sevdalı bir ovqat gətirdi.

Məlumat üçün  qeyd edək ki, ölümsüzlüyə qovuşan qəhrəman  Bünyadəli  Pələngov 1957-ci il Lerik rayonunun Züvüç kəndində  dünyaya göz aşıb,1992-ci il iyunun 26-da Aran zəmin yüksəkliyində gedən qanlı döyüşlərdə Vətən üçün canından keçib.

Şəhidin cənazəsi Şəhidlər Xiyabanında torpağa tapşırılıb.   Ölümündən sonra “İgidliyə görə” medalla təltif olunub.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin   üzvü