Saat:03:45
Haqqımızda

VƏTƏN SEVDALILARINA EHTİRAM

2024-02-05 11:40:43

VƏTƏN SEVDALILARINA EHTİRAM

44 günlük haqq savaşımızda Lənkəran rayonundan 67 gənc Vətənin yaşaması naminə özlərini fəda etdilər. Rayon camaatı  tarix yazıb əbədiyyət dünyasına qovuşan qəhrəman oğulları ilə qürur düyür, hər zaman onları ehtiramla xatırlayırlar. Mövlud  günləri münasibətilə şəhidlər Baloğlan Əhədli və Mirxəyal Kərimzadənin  yatdıqları müqəddəs torpaq rayon sakinləri tərəfində ziyarət  olundu, məzarlına gül-çiçəkdən çələng hörüldü.

2002-ci il yanvarında  Lənkəranın  Gəgiran kəndində dünyaya göz açan Baloğlan Şakir oğlu Əhədli Vətən müharibəsi başlanan gündən yağı düşmənə qarşı qəhrəmanlıqla vuruşub, neçə-neçə döyüşdən zəfərlə çıxıb. 

Suqovuşan, Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən ölüm-dirim müharibə meydanında  düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. 7 noyabr tarixində qəfil atılan artilleriya atəşi nəticəsində Vətən məhəbbətli ürəyi əbədi susdurulub. Doğma  Gəgiran kəndinə  torpağa tapşırılan şəhid  B. Əhədli ölümündən sonra  “İgidliyə görə”  “Vətən uğrunda”, Qubadlının, Füzulinin, Şuşanın azadlığına  görə medalları ilə təltif edilib.

1999-cu ildə Lənkəranda təvəllüd tapan, ölümündən sonra  “Hərbi xidmətə görə”,   “Vətən uğrunda”, Füzulinin  və Xocavəndin azadlığına görə  medallara layiq görülən  Mirxəyal Kərimzadə  İkinci Qarabağ müharibəsi  zamanı əvvəl Gəncəyə, oradakı 3 günlük xüsusi təlimdən sonra isə Murovdağa göndərilib.

Füzuli əməliyyatında və Xocavənd rayonunun alınması uğrunda tarix bir qəhrəmanlıqla adını yaddaşlara yazıb. Son döyüşdə də düşmənə sarsıdıcı zərbələr vurmaqla  əbədiyyət adlı dünyasına qovuşub. 9 noyabr tarixində Lənkəran şəhərinin kiçik bazar qəbiristanlığında dəfn olunub.

Zəfər ORUCOĞLU, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.188321