Saat:14:52
Haqqımızda

Vətən müharibəsi qəhrəmanı Teyfur Rüstəmov vəzifəyə təyin edildi

2024-02-03 22:31:59

Vətən müharibəsi qəhrəmanı Teyfur Rüstəmov vəzifəyə təyin edildi

Vətən müharibəsi qəhrəmanı, polkovnik Teyfur Rüstəmova yeni vəzifə verilib.

O, Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi təyin edilib.

Qeyd edək ki, Teyfur Rüstəmov 44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərdiyinə görə “Qarabağ” ordeni ilə təltif edilib. Eyni zamanda, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xatırladaq ki, polkovnik bundan əvvəl Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri vəzifəsində çalışıb.

Teyfur Rüstəmov Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub. \\Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR