Saat:01:32
Haqqımızda

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

2025-05-08 20:31:18

Vətən müharibəsi qazisi vəfat etdi - FOTO

Vətən müharibəsi qazisi Mətləb Əhmədov vəfat edib.

"Hurriyyet.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun bu gün Bakıda vəfat etdiyi bildirilsə də, ölüm səbəbi açıqlanmayıb.

Mərhumun nəşinin bu gün paytaxtdan Naxçıvana göndərildiyi bildirilir.

Qeyd edək ki, Əhmədov Mətləb Hüseyn oğlu Vətən müharibəsinə könüllü qatılıb. O, döyüşlərdə iştirakına görə Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.


1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.392049